İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Flydubai” təyyarəsi ilə bağlı insidenti və Böyük Britaniyadakı RAF Fairford hərbi aviabazası ətrafında baş verən hadisələri Tehranın iştirakı barədə təsəvvür yaratmaq məqsədi daşıyan uğursuz təşkil edilmiş əməliyyatlar adlandırıb.
Fars agentliyinin məlumatına görə, Bəqayi oktyabrın 4-də Böyük Britaniyanın İrana qarşı irəli sürdüyü ittihamları şərh edib.
Diplomatın sözlərinə görə, bu hadisələrin təşkilatçıları məsuliyyəti İranın üzərinə atmağa çalışıblar, lakin bunu olduqca bacarıqsız şəkildə həyata keçiriblər.
“Düşünürəm ki, hətta məktəbəqədər yaşlı uşaqlar belə təhlükəsizliyə təhdid görüntüsü yaratmaq və İranı, yaxud digər tərəfləri günahlandırmaq üçün bütün bunların nə qədər bacarıqsız təşkil edildiyini artıq başa düşüblər”, – deyə Bəqayi bildirib.
İran XİN-in sözçüsü həmçinin İsrailin və bəzi Avropa ölkələrinin başqalarını günahlandırmaq məqsədilə gizli əməliyyatlar həyata keçirməkdə uzun tarixə malik olduğunu iddia edib.
Onun fikrincə, Londonun Tehrana qarşı ittihamları da eyni yanaşmanın tərkib hissəsidir.

