Böyük Britaniya şahzadəsi Harri zərurət yaranacağı təqdirdə yenidən ölkəsinin silahlı qüvvələrində xidmət etməyə hazır olduğunu bildirib.
Denmedia.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, şahzadə bu fikirləri Rusiyadan qaynaqlandığını düşündüyü təhlükə ilə bağlı səsləndirib.
“Əgər məndən yenidən orduya qoşulmağım istənilsə və buna ehtiyac yaranarsa, ölkəmə xidmət etmək üçün yüz faiz hazır olacağam”, – deyə şahzadə Harri bildirib.
Sasseks hersoqu müvafiq çağırış olacağı təqdirdə Britaniya ordusuna qayıtmağa hazır olduğunu vurğulayıb. Onun fikrincə, Rusiyadan gələn ehtimal olunan təhlükə britaniyalıları ciddi şəkildə narahat etməlidir.

