ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Çinin yaxınlaşmasında ölkənin keçmiş dövlət başçısı Barak Obamanı günahlandırıb.
Denmedia.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Onların yaxınlaşmasına Prezident Obama şərait yaradıb. Bu, Çinin enerjiyə ehtiyac duyması, Rusiyanın isə enerji resurslarına malik olması səbəbindən baş verib. Beləliklə, onlar qəfil yaxınlaşıblar”, – deyə ABŞ lideri bildirib.

