Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı gözlənilir.
Denmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında paytaxtda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı ehtimal edilir.
Noyabrın 20-si gecə və səhər saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında da hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

