İspaniyadan Azərbaycana gətirilən 293,4 kiloqram dondurulmuş şokoladlı meyvə məhsulunda kif və maya göbələkləri aşkarlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “Pannamore” MMC tərəfindən idxal edilən, İspaniyanın “FraNui Espana” şirkətinin istehsalı olan “Franui Pink” markalı məhsuldan laborator müayinələr üçün nümunələr götürülüb.
Aparılan yoxlamalar nəticəsində məhsul partiyasında kif və maya göbələkləri üzrə uyğunsuzluq müəyyən edilib.
İstehlaka yararsız hesab olunan məhsulun gömrük ərazisindən kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunub.



