Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ Konqresində Demokratlar Partiyasının Ukrayna münaqişəsi ilə bağlı Avropanın mövqeyinə uyğun siyasət yürüdəcəyinə ümidvar olduğunu bildirib.
“The Guardian” nəşrinin məlumatına görə, son proqnozlar demokratların aralıq seçkilərin nəticələrinə əsasən ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluğu qazanacağını göstərir.
“Ümid edirəm ki, ABŞ-nin yeni Konqresi Ukraynaya dəstəyini və Rusiyaya təzyiqlərini davam etdirəcək”, – deyə Kallas qeyd edib.

