İsveçrə Avropa İttifaqının ardınca rusiyalı iş adamları Alişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaları ləğv edib. Bununla yanaşı, daha bir neçə şəxs ölkənin sanksiya siyahısından çıxarılıb.
Bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) məlumatlarında bildirilib.
Yenilənmiş siyahıya əsasən, Krım Federal Universitetinin keçmiş rektoru Andrey Falaleyev və “Redbird Corporate Services Ltd” şirkətinə qarşı tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılıb.

Daha üç nəfər isə vəfat etdiklərinə görə sanksiya siyahısından çıxarılıb.
Bunlar Rusiya Dövlət Dumasının keçmiş deputatı Yuri Şvıtkin, konstruktor Aleksandr Leonov və İranın hərbi xadimi Əlirza Təngsiridir.

