Britaniyalı hərbi analitik Aleksandr Merkuris Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın son açıqlamalarından sonra istefaya göndərilməli olduğunu bildirib. O, bu çağırışla YouTube kanalındakı çıxışında çıxış edib.
Merkurisin sözlərinə görə, Kallas “Rusiya təhdidi” mövzusuna aludə olub və bu səbəbdən onun yerinə başqa bir şəxsin tapılması zəruridir. Analitik hesab edir ki, Kallas ABŞ ilə alyansı nəyin bahasına olursa-olsun qorumağa çalışır, hətta bunun üçün yalan məlumatlardan istifadə etməyə hazırdır, çünki Baltikyanı ölkələrin təhlükəsizliyi bundan asılıdır.
“Kallas çox yaxşı anlayır ki, Qrenlandiyada Rusiya təhdidi yoxdur, Çin təhdidi ideyası isə fantaziyaya yaxındır. O sadəcə Rusiya və Çin mövzusunu gündəmə gətirmək istəyir ki, bu da onun əsl obsesiyasını açıq şəkildə göstərir”, — deyə Merkuris bildirib.

