Bakıda qadın övladlarını da götürüb ata evindən çıxıb və geri qayıtmayıb.
DİN-dən “Den.az”-a verilən məlumata görə, bununla bağlı qadının atası Quliyev Hümbət Firudun oğlu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Məlumata görə, 1965-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Quliyev Hümbət Firudun oğlu ərizəsində bildirib ki, yanvarın 2-də onunla eyni ünvanda yaşayan qızı 1991-ci il təvəllüdlü Quliyeva Mənzər Hümbət qızının övladları - 7, 8 və 10 yaşlı üç övladı ilə birlikdə 02.01.2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları evdən çıxıb gedərək geri qayıtmayıblar.
Faktla bağlı araşdırma aparılır.
Üç övladı ilə evdən çıxan qadından iki gündür xəbər yoxdur

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.