Saray körpüsündə zəncirvarı qəza olub.
Den.az xəbər verir ki, Abşeron rayonun Saray qəsəbəsi General Məhəmməd Əsədov küçəsində üç avtomobilin iştirakı ilə baş verən bu qəza hər kəsi dəhşətə gətirib.
Qəza zamanı Mercedes markalı 77 GO 792 dövlət nömrəli nişanlı avtomobil, Chevrolet markalı 90 YL 928 və Vaz 21-06 markalı 50 DM 868 dövlət nömrə nişanlı minik avtomobilləri bir-birinə toqquşub. Qəzanın gücündən hər üç avtomobil yarasız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı heç bir insan ölməyib.
Hadisə yerində Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları cəlb olunub. İddiaya görə, qəzanın əsas səbəbi Saray körpüsündə sürət həddinin aşılması və avtomobillərin yol hərəkəti zamanı məsuliyyətsizliyi göstərilir.
Qəzada kimin günahkar olub olmaması aparılan araşdırmalardan sonra bəlli olacaq.
Bu cür hadisələrin qarşısının alınması üçün sürücülərin qanunlara riayət etməsi və sürət həddinə diqqət yetirməsi vacibdir.