Türkiyədə Siraç Ö. adlı şəxs Mardinin Kızıltəpə rayonunda məsciddə namaz qılarkən bıçaqlı hücum nəticəsində yaralanıb.
Den.az xəbər verir ki, Mardinin Kızıltəpə rayonu Yeni Məhəlləsindəki Yeni Məsciddə baş verən hadisədə günorta saatlarında məscidə gələn Siraç Ö. namaz qılarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, yerə yıxılarkən, şübhəli qaçıb.
İlk yardımın ardından Siraç Ö. dövlət xəstəxanasına aparılıb. Müalicə olunan Siraç Ö.-nin ölüm təhlükəsinin olmadığı öyrənilib.
Şübhəlinin tutulması üçün araşdırmalara başlanılıb.