Xızıda zabiti ürəyindən vurublar.
Den.az-ın yerli bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1988-ci il təvəllüdlü Quliyev Hüseyn Eldar oğlu, ürəyindən aldığı bir neçə bıçaq zərbəsi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti kritik olaraq qiymətləndirilir və dərhal əməliyyata alınıb.
İlk məlumatlara görə, Hüseyn Quliyev naməlum şəxs tərəfindən döş qəfəsinə kəsilmiş-deşilmiş yaralar alıb.
Qeyd edək ki, Hüseyn Quliyev N saylı hərbi hissədə zabit olaraq xidmət edirdi. Hazırda hadisə ilə bağlı ətraflı araşdırmalar aparılır.
Nüşabə Baxşıyeva
Den.az