Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Den.az xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb.
Alov bir neçə mərtəbəni bürüyüb, tüstü binanı tam əhatə edib. Hadisə yerinə dərhal FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub. Fövqəladə halların qarşısını almaq üçün çevik tədbirlər görülüb. Məlumata görə, 100-dən çox ailə dərhal təxliyyə edilib, sakinlər arasında təşviş yaşanıb.
Xoşbəxtlikdən yanğın nəzarət altına alınıb və tam söndürülüb. Hadisənin səbəbləri araşdırılır. İlkin məlumatlara əsasən, xəsarət alanlar yoxdur. Ərazidə xilasedicilər və təcili yardım briqadaları hələ də fəaliyyət göstərir.
Əlavə məlumat veriləcək. Vətəndaşlardan əraziyə yaxınlaşmamaq xahiş olunur.
Nizami Rəsulov
Den.az