Vyanada sakinlər arasında panika və qorxu yaradan ardıcıl yanğınlar seriyası üzə çıxarılıb. Bununla bağlı Die Kronen Zeitung məlumat yayıb.
Qəzet dəqiqləşdirir ki, noyabr ayında Viden, Marqareten, Ottakring və Hernals rayonlarında qəsdən yandırma halları baş verib. Sonuncu rayonda 18 və 17 yaşlı iki avstriyalı qız saxlanılıb. Üçüncü 18 yaşlı qız isə həmin gün öz təşəbbüsü ilə polisə gedib.
«Dindirilmə zamanı saxlanılanlar etiraf xarakterli ifadələr veriblər», — deyə bildirilir.
Polis müstəntiqləri bildirib ki, qızların bu addımı atmasının motivi sadalıqla – sadəcə “sıxıntı” olub. Hüquq-mühafizə orqanları altırəqəmli məbləğdə ziyana səbəb olan 18 qəsdən yandırma faktı müəyyən edib.
Qızlar barəsində həbs-qətimkan tədbiri seçilib.

