ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb. Bu barədə ABC News məlumat yayıb.
Bildirilib ki, hava gəmisinin göyərtəsində dörd nəfər olub. Qəza yerli vaxtla saat 11:00-da baş verib.
Hazırda helikopterdə olan şəxslərin vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur. Fövqəladə xidmətlər hadisə yerinə çatmağa çalışır.
Mənbənin məlumatına görə, insidentin araşdırılması ilə National Transportation Safety Board məşğul olacaq.

