Argentinada Atlantik okeanı sahillərində nəhəng dalğanın çimərliklərə çırpılması nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Clarín qəzeti yazır.
Məlumatda qeyd olunur ki, iri dalğa qəfil Santa-Klara-del-Mar və Mar-del-Plata çimərliklərinə çırpılıb. Su onlarla insanı və Mar-Çikita ərazisini yuyub aparıb. Bildirilir ki, bir gənc həyatını itirib, bir nəfər infarkt keçirib, digər 34 nəfər isə müxtəlif xəsarətlər alıb.
Hadisə 12 yanvar tarixində, yerli vaxtla təxminən saat 15:00-da baş verib. Dalğanın zərbəsindən əvvəl dəniz geri çəkilib. Ölən şəxsin 29 yaşlı Yair Manno Nunyes olduğu bildirilir — o, istirahət məqsədilə ölkəyə gəlmiş argentinalı atçılıq idmançısı olub.

