Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz dövriyyədə olan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirir.
Bu barədə Denmedia.az-a DİN-dən məlumat verilib.
Nazirlikdən bildirilib ki, yanvarın 15-də polis əməkdaşları Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında həyata keçirilən tədbirlər zamanı 10 avtomat, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.
Qeyd olunur ki, təhlükəsizlik tədbirləri fasiləsiz şəkildə davam etdiriləcək.

