Ağdaş rayonunda bir ay əvvəl avtomobil vurması nəticəsində xəsarət alan piyada vəfat edib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə 29 dekabr 2025-ci il tarixində Pirəzə kəndi ərazisində baş verib.
Sükan arxasında Tərlan Məmmədovun olduğu VAZ-2115 markalı avtomobil yolu keçən Oqtay Əsədovu (1974-cü il təvəllüdlü) vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
O.Əsədov ötən gün tibb müəssisəsində dünyasını dəyişib.
Redaksiyaya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin regional qrupunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

