Bakıda xadimə işlədiyi evdən oğurluq edib.
Denmedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Ev sahibi polisə müraciət edərək 5 000 manat dəyərində qızıl-zinət əşyaları və 220 manat pulunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü S.Dadaşova saxlanıb.
Araşdırmalarla müəyyən edilib ki, o, noyabr ayının 1-dən 25-dək müddətdə xadimə kimi çalışdığı həmin evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

