Bakının Nəsimi rayonunda ictimai asayişi pozan, digər yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Chevrolet markalı avtomobilin sürücüsü Ceyhun Qurbanov saxlanılıb.
Yoxlama zamanı sürücünün davranışı şübhə doğurduğu üçün o, tibbi müayinəyə cəlb edilib. Müayinə nəticəsində Ceyhun Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.
Faktla bağlı onun barəsində inzibati protokol tərtib olunub və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 1 il müddətinə nəqliyyat vasitəsi idarəetmə hüququndan məhrum edilib və 20 sutka inzibati həbs cəzası alıb.

