Rusiyanın Amur vilayətində özəl helikopter itkin düşüb. Bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hava gəmisinin göyərtəsində dörd nəfər olub.
Məlumata görə, helikopter Amaranka kəndi yaxınlığında yerləşən meşə sahəsindən havaya qalxıb və marşrut üzrə hərəkət edərkən əlaqə kəsilib.
Hazırkı vaxta qədər helikopterin yerləşdiyi məkan məlum deyil, – deyə məlumatda qeyd olunub.
İtkin düşən hava gəmisinin axtarışı üçün 36 nəfərdən və 12 texnika vahidindən ibarət axtarış-xilasetmə dəstəsi cəlb edilib. Qrupun tərkibində üç qar motosikleti və bir pilotsuz uçuş aparatı da var.

