Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon yanğından mühafizə hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş vermədən partlayış baş verib.
Partlayış nəticəsində yaşayış evinə ziyan dəyib, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerində yanğınsöndürənlər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

