ABŞ-nin “Taylor Red” musiqi qrupunun üzvü Nikol Teylor 35 yaşında vəfat edib. 2022-ci ildə süd vəzi xərçəngi diaqnozu qoyulan və uzun müddət müalicə alan müğənni xəstəliklə mübarizədə həyatını itirib.
Gənc yaşda dünyasını dəyişən sənətçinin ölümü musiqi dünyasında kədərlə qarşılanıb.
Nikol Teylorun vəfat etdiyini onunla eyni musiqi qrupunda çıxış edən bacıları Nika və Natali Teylor açıqlayıblar.
Üç bacının birlikdə yaratdığı “Taylor Red” qrupunun üzvünün ölümü pərəstişkarlarını yasa boğub.

2022-ci ildə süd vəzi xərçənginə tutulan Nikol Teylor uzun müddət müalicə alıb. Müalicədən sonra aparılan müayinələr zamanı bir müddət orqanizmində xərçəng əlamətləri aşkarlanmayıb.
Lakin bu müsbət nəticədən doqquz ay sonra xəstəlik daha ağır mərhələdə yenidən üzə çıxıb.
Müalicəsi davam etdirilən müğənni 35 yaşında həyatını itirib.

