İndoneziyanın Bali adasının şimalında yerləşən istirahət kompleksində torpaq sürüşməsi nəticəsində iki nəfər itkin düşüb.
“The Bali Times” nəşrinin məlumatına görə, hadisə noyabrın 1-də gecə saatlarında Badunq dairəsinin Petanq rayonundakı “Eco Park Pelaga Glamping Retreat” istirahət kompleksində baş verib.
Güclü yağışların səbəb olduğu torpaq sürüşməsi zamanı Almaniya və İndoneziya vətəndaşları kompleksin otaqlarından birində olublar.
İtkin düşən şəxslərin axtarışına xilasedicilər və xüsusi təlim keçmiş polis itləri cəlb edilib. Daha sonra hər iki kişi həyat əlamətləri olmadan tapılıb.

