İsveçdə kişi əhalisinin sayının azalması ilə əlaqədar yeni proqramın tətbiq oluna biləcəyi barədə məlumatlar yayılıb. İddialara görə, ölkəyə xaricdən kişilərin qəbul edilməsi və müraciət edən şəxslərə hər ay 3800 avro ödənilməsi planlaşdırılır. Bu məlumat İsveçə köçmək istəyən şəxslər üçün hansı şərtlərin nəzərdə tutulduğu ilə bağlı suallar doğurub.
İsveç Miqrasiya Agentliyinin (Migrationsverket) rəsmi məlumatına əsasən, İsveçdə kişi əhalisinin sayını artırmaq məqsədilə xarici ölkələrdən müraciətlərin qəbul ediləcəyi və ölkədə məskunlaşacaq kişilərə aylıq 3800 avro maaş veriləcəyi iddia olunur.
Proqramın əhali arasında cins balansını təmin etməyə yönəldiyi bildirilsə də, ödənişlərin nə qədər müddət davam edəcəyi və kimlərə şamil olunacağı barədə hələlik ətraflı məlumat yoxdur.
İsveçdə əcnəbilərin iş icazəsi alması üçün müəyyən tələblərə cavab verməsi vacibdir. 2026-cı il iyunun 1-də qüvvəyə minən qaydalara əsasən, iş icazəsi üçün müraciət edən şəxslərin aylıq əməkhaqqı, bir qayda olaraq, ən azı 34 470 İsveç kronu təşkil etməlidir.
Lakin bu məbləğ dövlətin ölkəyə gələn əcnəbilərə ödədiyi maddi yardım deyil, iş icazəsi çərçivəsində işəgötürənin təmin etməli olduğu minimum əməkhaqqı tələbidir.
Kişilərə aylıq 3800 avro ödəniləcəyi barədə xəbərlər yayıldıqdan sonra müraciətlərin haradan ediləcəyi, yaş məhdudiyyətinin olub-olmadığı və hansı ölkələrin vətəndaşlarının proqramda iştirak edə biləcəyi maraq doğurub.
Bununla belə, İsveçin rəsmi qurumları tərəfindən müraciət tarixləri və qəbul şərtləri ilə bağlı heç bir açıqlama verilməyib.
İsveçin kişi əhalisinin sayını artırmaq üçün xüsusi miqrasiya proqramına başladığı və ölkəyə gələcək kişilərə hər ay 3800 avro maaş ödəyəcəyi barədə yayılan məlumatlar hələlik təsdiqini tapmayıb.

