Zaqatala rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb. Hadisə martın 30-da saat 16:00 radələrində Aşağı Tala kəndi ərazisindən keçən Zaqatala–Muğanlı avtomobil yolunda qeydə alınıb.
Bildirilib ki, VAZ-2101 markalı avtomobili idarə edən Elvin Qurbanov (1987) ilə Mercedes-Benz E-240 markalı nəqliyyat vasitəsinin sürücüsü Samir Yusifov (1977) toqquşub.
Qəza nəticəsində VAZ-2101-in sərnişini Ülfət Qurbanov (1972) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə zamanı sürücü Elvin Qurbanov, onun sərnişinləri Samandar Qurbanov (2007), Loğman Məmmədov (2009), Səməd İbrahimov (1985) və digər avtomobildə olan Natəvan Yusifova (1976) müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

