Gəncədə 6 il itkin düşən ahıl kişinin meyitinin qalıqları tapılıb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, Gəncə şəhərində, 2020-ci ildən itkin düşmüş kimi axtarışda olan 1956-cı il təvəllüdlü Əli Mahmudovun meyitinin qalıqları şəhərin Heydər Əliyev prospektində yerləşən evlərin birinin həyətində tapılıb.
Onun qətlə yetirildiyi bildirilir.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

