Bakıdakı 286 nömrəli məktəbdə ağır insident baş verib. İlkin məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə aralarında yaranan münaqişə zəminində 2011-ci il təvəllüdlü şagirdin üzərinə spirt tökərək onu yandırıb. Hadisə ilə bağlı saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Zərərçəkən şagird Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin II–III dərəcəli termiki yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti isə ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Təhsil ocağında dəhşət - yeniyetmə sinif yoldaşını yandırdı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

