Hind okeanında, Somali sahilləri yaxınlığında tanker ələ keçirilib. İlkin məlumata görə, hücumu Somali dəniz quldurları həyata keçirib.
Bu barədə Dalsan telekanalı məlumat yayıb.
Bildirilir ki, gəminin adı və hansı şirkətə məxsus olması barədə məlumat hələlik açıqlanmır. Tankerin sahibi ilə bağlı rəsmi məlumat da yoxdur.
Hücum Somalinin şimal-şərqində, Puntlend regionu yaxınlığında baş verib. Məlumata görə, tanker Berbera limanından Moqadişu limanına doğru hərəkət edirmiş.

