Böyük Britaniyaya məxsus tanker İran sahilləri yaxınlığında atəşə tutulub.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən UKMTO məlumat yayıb.
Mərkəzin məlumatına görə, hadisə BƏƏ-nin Füceyra sahillərindən 78 dəniz mili məsafədə qeydə alınıb. Tanker naməlum mənşəli mərmilərlə atəşə tutulub.
Bildirilir ki, gəminin ekipajı təhlükəsizdir. Hadisə nəticəsində ətraf mühitə hər hansı zərər dəyməyib.

