16 
noy
2023
13:05
373

Azər Maqsudova cinayət işi AÇILDI - Sərxoş olub?

16 noy, 2023
13:05
373

Azər Maqsudova cinayət işi AÇILDI - Sərxoş olub?

Kliniki Tibbi Mərkəzin şöbə müdiri Azər Maqsudovun tanınmış alim Arif Acaloğlunu vuraraq öldürməsi barədə xəbər vermişdik.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Den.az-a bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib. Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Den.az-a verilən xəbərə görə, qəza Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar