Plastik cərrah Denis Sergeyev bildirib ki, dərinin keyfiyyəti, bədən quruluşu, sümük karkasının xüsusiyyətləri, eləcə də yumşaq toxumalar və qığırdaqlar əsasən genetik olaraq müəyyənləşir. O, bu barədə “Veçernyaya Moskva”ya müsahibəsində danışıb və vurğulayıb ki, plastik cərrahiyyə insanın anadangəlmə üz cizgilərini tanınmaz dərəcədə dəyişməməlidir.
“Yaxşı plastik əməliyyat insanı başqa birinə çevirmir, onu özünün daha yaxşı versiyasına çevirir. Sizi narahat edən detalları aradan qaldırır, amma tanınan simanızı və təbii harmoniyanızı qoruyur”, — deyə Denis Sergeyev qeyd edib.
Plastik cərrahın sözlərinə görə, insanlar ən çox “ailəvi” hesab olunan cizgiləri — burun, göz qapaqları və qulaqların formasını dəyişməyə üstünlük verirlər. O vurğulayıb ki, dəyişiklik arzusu sağlam motivasiyaya əsaslanmalıdır.
Sergeyev bildirib ki, insanın məqsədi özünlə harmoniya tapmaq olmalıdır, valideyninə oxşarlığı şəxsi incikliklərə görə “silmək” istəyi isə düzgün yanaşma sayılmır.

