ABŞ prezidenti Donald Trump Fələstin hərəkatı HAMAS-a ultimatum verərək, təşkilatın qısa müddətdə silahsızlaşdırılmasını tələb edib.
Sərt bəyanat Florida ştatında, Mar-a-Laqo malikanəsində İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə keçirilən mətbuat konfransında səsləndirilib.
ABŞ lideri bildirib ki, prosesə onun xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni, sahibkar Cared Kuşner nəzarət edəcək. Trampın sözlərinə görə, əldə olunmuş razılaşmalara əsasən, HAMAS silahsızlanmaya razılıq verib.
“Əgər onlar razılaşdıqları kimi silahsızlanmanı həyata keçirməsələr, çox ağır bədəl ödəməli olacaqlar. Biz bunu istəmirik, buna can atmırıq. Amma onlar kifayət qədər qısa müddətdə silahsızlanmalıdır”, — deyə Donald Trump bildirib.
Görüş zamanı iki lider Yaxın Şərqdə nizamlanma məsələlərini müzakirə edib, həmçinin daha əvvəl əldə olunmuş razılaşmaların icra perspektivlərini dəyərləndiriblər.

