Sumqayıt şəhərinin 18-ci mik 31 saylı binasında güclü yanğın hadisəsi qeydə alınıb.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın dörd otaqlı mənzildə baş verib.
Nəticədə mənzilin bir otağı tamamilə yanaraq içərisindəki əşyalarla birlikdə yararsız hala düşüb.
Hadisə zamanı yaranan sıx tüstü binanın digər mərtəbələrinə də yayılıb. Tüstüdən zəhərlənmə ehtimalı olan 5 nəfər təhlükəsizlik məqsədilə dərhal binadan təxliyə edilib. Onların vəziyyəti nəzarət altındadır, ilkin tibbi yardım göstərilib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Operativ tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı vaxtında alınıb.
Əraziyə polis əməkdaşları da cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

