Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Jozep Borrelin 2018-ci ildə insayder ticarətinə görə cərimələndiyi məlum olub. Bu barədə RIA Novosti Avropa Prokurorluğunun Avropa Xarici Fəaliyyət Xidmətinin fəaliyyəti ilə bağlı apardığı araşdırma fonunda məlumat yayıb.
Dəqiqləşdirilir ki, Jozep Borrel 2015-ci ilin noyabrında insayder ticarətinə görə 30 min avro məbləğində cərimə olunub. Həmin dövrdə o, İspaniyanın xarici işlər naziri vəzifəsini tuturdu.
Məlumata görə, Borrel İspaniyanın enerji şirkəti Abengoanın direktorlar şurasının üzvü olub və şirkətin maliyyə vəziyyətinin kəskin pisləşməsi barədə açıqlanmamış məlumatlara malik olduğu halda onun səhmlərini satıb. Tənzimləyici orqan bu əməliyyatı qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin ciddi pozuntusu kimi qiymətləndirib.

