18 
dek
2023
10:05
182

Bakıda kişini bıçaqladılar

18 dek, 2023
10:05
182

Bakıda kişini bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Den.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, aralarında yaranmış mübahisə nəticəsində Murad Məmmədov bıçaqla Bərdə rayon sakini Elmir Rəşidovu vurub. Elmir Rəşidov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən Den.az-a bildirilib ki, dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.  

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar