İran və Rusiyanın Hərbi-Dəniz Qüvvələri fevralın 19-da Oman körfəzi və Hind okeanının şimal hissəsində birgə hərbi təlimlər keçirəcək. Bu barədə İran Hərbi-Dəniz Qüvvələrinin kapitanı Həsən Maqsudlu Bəndər-Abbas limanında Rusiya donanmasına məxsus “Stoykiy” korvetinə səfəri zamanı bildirib.
Mehr telekanalının məlumatına görə, təlimlərin əsas məqsədi dəniz təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün koordinasiyanın gücləndirilməsidir. Xüsusilə kommersiya gəmilərinin və tankerların terror təhlükəsindən qorunması diqqət mərkəzində olacaq.
Maqsudlu qeyd edib ki, bu təlimlər iki ölkə arasında dostluq münasibətlərinin dərinləşməsinə və Moskva ilə Tehranın regional əməkdaşlığının genişlənməsinə töhfə verəcək.

