İsrail Ordusu (SAHAL) İran rəhbərliyinə məxsus kompleksə zərbə endirdiyini açıqlayıb.
Məlumata görə, Hərbi Hava Qüvvələri Prezident Ofisini və İranın Ali Milli Təhlükəsizlik Şurasının binasını çoxsaylı sursatlarla hədəfə alıb. Bundan əlavə, iranlı hərbi zabitlərin təhsil müəssisələri də zərbə altına düşüb.
Bildirilib ki, hücumlar bazar ertəsinə keçən gecə həyata keçirilib.
SAHAL-ın açıqlamasında qeyd olunub ki, əməliyyat uzunmüddətli kəşfiyyat məlumatlarının toplanması və təhlilindən sonra icra edilib. İsrail Ordusunun Kəşfiyyat İdarəsi tərəfindən aparılan proses nəticəsində kompleks hədəf seçilib.

