“Çelsi”nin gənclər komandasının sabiq yarımmüdafiəçisi Lamisha Musonda ölümcül xəstəliyə tutulduğunu açıqlayıb.
“Sağlamlığım hazırda kritik vəziyyətdədir və mən həyatda qalmaq uğrunda mübarizə aparıram. Dəstəyiniz və dualarınız mənim üçün çox önəmlidir.
Mən və ailəm mübarizə aparırıq və son nəfəsimə qədər təslim olmayacağam. Belə gözəl bir gəncliyə sahib olduğum üçün özümü şanslı sayıram”, — deyə Musonda sosial şəbəkələrdə yazıb.
33 yaşlı belçikalı futbolçu Chelsea klubuna 2012-ci ildə keçib və 2014-cü ilə qədər klubun sistemində yer alıb. O, altı il əvvəl peşəkar futbolçu karyerasını başa vurub.

