Amerikalı boksçular Floyd Mayweather və Mike Tyson Konqo Demokratik Respublikasında nümayiş xarakterli döyüş keçirəcəklər. Bu barədə The Ring məlumat yayıb.
Qeyd olunur ki, qarşılaşma 25 aprel tarixində baş tutacaq. Döyüşü ölkənin vitse-baş naziri Mobutu Nzanga Ngangave də təsdiqləyib.
59 yaşlı Tyson peşəkar rinqdə 59 döyüş keçirib, onların 50-də qalib gəlib. Qələbələrin 44-ü nokautla olub, yeddi dəfə məğlub olub. 2011-ci ildə o, Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.
48 yaşlı Mayweather isə 2017-ci ildə karyerasını başa vurub. O, keçirdiyi 50 döyüşün hamısında qalib gəlib, 27 qələbəni nokautla qazanıb.

