Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, AGF Trophy start götürüb.
DenMedia.az azərtac-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə ev sahibi Azərbaycanla yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ təmsilçiləri, həmçinin neytral statusda çıxış edən gimnastlar bacarıqlarını nümayiş etdirirlər.
İdmançılar fərdi və sinxron proqramlar üzrə medallar uğrunda mübarizə aparırlar.
Yarışlarda ölkəmizi Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova, Ayan Şabanova, Nicat Mirzəyev, Fərhad Əliyev, Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev təmsil edirlər.
Dünya Kubokuna fevralın 22-də yekun vurulacaq.

