Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
“Den.az” xəbər verir ki, Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.
Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.