Dünya bazarında qızılın qiyməti kəskin ucuzlaşıb. 2026-cı ilin dekabrında çatdırılma nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti Comex birjasında bir troya unsiyası üçün 3550 dollardan aşağı düşüb.
Denmedia.az xəbər verir ki, bu barədə birja məlumatlarında bildirilib.
Qızılın qiyməti sonuncu dəfə 2025-ci il sentyabrın 2-də bu səviyyədən aşağı olub.
Bundan əvvəl, noyabrın 20-də keçirilən hərraclarda qiymətli metalın bir troya unsiyasının dəyəri 3600 dollardan aşağı enib. Belə göstərici isə sonuncu dəfə 2025-ci il sentyabrın 4-də qeydə alınıb.

