Bakıda sürücü ilə mübahisə edən sərnişin avtobusun şüşəsini sındıraraq hadisə yerindən qaçıb.
Denmedia.az xəbər verir ki, hadisə ötən axşam paytaxtın Yasamal rayonunda baş verib.
İlkin məlumata görə, 65 nömrəli marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanı 99-JP-013 olan avtobusun sərnişinlərindən biri sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.
Sürücü sərnişinə yalnız növbəti dayanacaqda düşə biləcəyini bildirsə də, həmin şəxs tələbində israr edib.
Bundan sonra sərnişin avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus elektron ödəniş cihazını (validatoru) zədələyib.
Bununla kifayətlənməyən şəxs ön qapının şüşəsini təpiklə sındıraraq hadisə yerindən uzaqlaşıb.

