Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə genişmiqyaslı hücum edib. Şəhərdə ardıcıl güclü partlayışlar baş verib.
Denmedia.az xəbər verir ki, hücum nəticəsində paytaxtın üç rayonunda yanğınlar başlayıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Təxminən 3 milyon insanın yaşadığı Kiyevdə qış ərəfəsində enerji infrastrukturunun zədələnməsi ilə bağlı narahatlıq artıb.
İlkin məlumatlara görə, raket zərbələri nəticəsində binalara və infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda müvafiq qurumlar hücumun fəsadlarını araşdırır, dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.
Elektrik kəsintilərinin dəqiq səbəbi və əhatə dairəsi ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.

