Noyabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti məlum olub.
Milli Hidrometeorologiya Xidmətindən Denmedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 10–14, gündüz 16–20 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65–70 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 6–11, gündüz 16–21 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 1–6, gündüz 8–13 dərəcə isti olacaq.

