yetnam yaxın vaxtlarda Azərbaycanda səfirlik açacaq.
Denmedia.az xəbər verir ki, bunu Vyetnamın Baş naziri Le Minh Hunq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Dövlət başçısı bu qərarı yüksək qiymətləndirərək Azərbaycanın Vyetnamdakı səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini xatırladıb.
İlham Əliyev vurğulayıb ki, hər iki ölkənin diplomatik nümayəndəliklərinin tam fəaliyyət göstərməsi Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına ciddi təkan verəcək.

