Avstriyada hüquq-mühafizə orqanları HiPP uşaq qidasının siçan zəhəri ilə zəhərlənməsi işi üzrə bir kişini saxlayıb. O, həmçinin hədə-qorxu ilə pul tələb etməkdə və sağlamlığa ağır zərər vurmağa cəhd etməkdə şübhəli bilinir, yerli Salzburger Nachrichten qəzeti yazır.
Bu arada Reuters bildirir ki, şübhəli HiPP şirkətindən 2 milyon avro məbləğində pul tələb edib.
Məlumata görə, ötən ay Avstriya, Çexiya və Slovakiyada zəhərlənmiş beş banka aşkar edilərək satışa çıxarılmadan götürülüb. Ehtimal olunur ki, Avstriyada olan altıncı banka hələ də tapılmayıb.

