Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı İ.Qurbanova və 37 yaşlı T.Abdullayev müəyyən edilərək saxlanılıb.
Xəzər rayonunda isə yeni tikilməkdə olan evlərin birindən inşaat materialları və sayğac oğurlamaqda şübhəli bilinən 31 yaşlı İ.Xanverdizadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlar üzrə araşdırmalar davam etdirilir.

