Bakının Sabunçu rayonunda oğurluq və motosiklet qaçırmaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən lombardlardan birindən 7 500 manat nağd pul və 14 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, həmin lombardda çalışan A. Əsgərov müəyyən edilərək saxlanılıb.
Bundan başqa, polis əməkdaşları rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən daha iki nəfəri saxlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.

